Azərbaycanlı futbolçu Nepal klubu ilə vidalaşdı

Azərbaycanlı futbolçu Nepal klubu ilə vidalaşdı 28 yaşlı hücumçu bu barədə feysbukda paylaşım edib
Futbol
14 May , 2021 12:04
Azərbaycanlı futbolçu Nepal klubu ilə vidalaşdı

Azərbaycanlı futbolçu Nurlan Novruzov Nepalın "Lalitpur Siti" klubundan ayrılıb.

"Report" xəbər verir ki, 28 yaşlı hücumçu bu barədə feysbukda məlumat paylaşıb.

O, hər şey üçün kluba təşəkkür etdiyini yazıb. Novruzov çempionluğu hədəflədiklərini, lakin buna nail olmadıqlarını bildirib.

Qeyd edək ki, Nurlan Novruzov "Lalitpur Siti"yə aprelin 16-da keçib. O, Nepal Super Liqasında 7 oyuna çıxıb və 2 qol vurub.

Son xəbərlər

Orphus sistemi