Azərbaycanlı futbolçu: "İslamiadada bürünc medal qazanmaq yaxşı nəticədir"

Azərbaycanlı futbolçu: "İslamiadada bürünc medal qazanmaq yaxşı nəticədir" "İslamiada çox vacib turnirdir. Burada üçüncü yeri tutmaq həm komanda, həm də ölkəmiz üçün yaxşı nəticədir".
Futbol
16 Avqust , 2022 17:47
Azərbaycanlı futbolçu: İslamiadada bürünc medal qazanmaq yaxşı nəticədir

"İslamiada çox vacib turnirdir. Burada üçüncü yeri tutmaq həm komanda, həm də ölkəmiz üçün yaxşı nəticədir".

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyədə təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Rüfət Abdullazadə deyib.

"Sumqayıt" klubunda çıxış edən 21 yaşlı yarımmüdafiəçi Əlcəzairə penaltilər seriyasında qalib gəldikləri üçüncü yer uğrunda qarşılaşmanın çətin keçdiyini bildirib: "Rəqib çox sərt oynayırdı. Onlar da bürünc medal qazanmaq üçün hər şeyi edirdilər. Amma qalib gələn tərəf biz olduq".

Abdullazadə komanda daxilində vəziyyətin yaxşı olduğunu söyləyib: "Çox oyunçu gənc olsa da, hamı bir-birinə inanırdı. Bunun sayəsində üçüncü yeri tutduq".

Yarımmüdafiəçi havanın çox isti olduğunu sözlərinə əlavə edib: "Qarşılaşmalar sıx qrafikdə keçirildiyi üçün çətinlik də olurdu. Bütün bunlara baxmayaraq, üçüncü yeri tuta bildik".

Son xəbərlər

Orphus sistemi