Azərbaycanlı futbolçu Gürcüstanda koronavirus testindən keçəcək

Azərbaycanlı futbolçu Gürcüstanda koronavirus testindən keçəcək Koronavirus pandemiyasına görə martda II turdan təxirə salınmış futbol üzrə Gürcüstan çempionatının bərpa tarixi açıqlanıb.
Futbol
135
31 May , 2020 14:42
Azərbaycanlı futbolçu Gürcüstanda koronavirus testindən keçəcək

Koronavirus pandemiyasına görə martda II turdan təxirə salınmış futbol üzrə Gürcüstan çempionatının bərpa tarixi açıqlanıb.

"Report"un yerli federasiyanın rəsmi saytına istinadən məlumatına görə, oyunlar iyunun 25-də qaldığı yerdən davam edəcək.

Çempionatın startından öncə yüksək liqa klublarının hamısı iki mərhələdə koronavirus testindən keçəcəklər. İlk etap qarşıdakı həftə baş tutacaq. 

Həmçinin çempionatın formatında da dəyişiklik edilib. Yarış 4 deyil, 2 dövrədən ibarət olacaq. İlk mərhələdə qarşılaşmalar boş tribunalar önündə oynanılacaq.

Hələlik qərar yüksək liqaya şamil olunur. Digər liqalar, eyni zamanda, ölkə kuboku ilə bağlı qərar daha sonra qəbul olunacaq.

Qeyd edək ki, Azərbaycanda "Simurq", "Neftçi", AZAL, "Zirə", "Kəpəz" və "Sumqayıt" klublarının formasını geyinmiş Nicat Qurbanov ötən ilin yayından "Samtredia"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi