Azərbaycanlı futbolçu ABŞ klubu ilə vidalaşıb

Azərbaycanlı futbolçu ABŞ klubu ilə vidalaşıb Almaniyanın "Şalke" klubunun II komandasına keçən Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov ABŞ-ın "Finiks Rayzinq" klubu ilə vidalaşıb.
Futbol
18 Avqust , 2021 10:34
Azərbaycanlı futbolçu ABŞ klubu ilə vidalaşıb
Rüfət Dadaşov

Almaniyanın "Şalke" klubunun II komandasına keçən Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov ABŞ-ın "Finiks Rayzinq" klubu ilə vidalaşıb.

"Report"un məlumatına görə, 30 yaşlı hücumçu bu barədə instaqram hesabından paylaşım edib.

Təcrübəli forvard Arizona təmsilçisində hər kəsə təşəkkür etdiyini yazıb: "Klubla və insanlarla keçirdiyim 2 il həqiqətən möhtəşəm idi. Məni qardaş kimi qarşıladınız. Bunu heç vaxt unutmayacağam. Bu təcrübəni yaşadığım üçün sizə minnətdaram. Mənim üçün etdiyiniz hər şeyi qiymətləndirirəm. Həyatımızın həmin anları heç vaxt yaddan çıxmayacaq. "Finiks Rayzinq"ə hər şeyin ən yaxşısını arzulayıram".

Qeyd edək ki, Rüfət Dadaşov Almaniyada "Kayzerslautern", "Saarbrükken", "Dinamo" (Berlin) və "Pröyssen" komandalarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi