Bakı. 15 dekabr. REPORT.AZ/ 2015-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı təsdiqlənib. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, ötən siyahı ilə müqayisədə bu dəfə FIFA dərəcəli hakimlərin sayı 19-dan 22-yə yüksəlib.
Futbol referiləri siyahısında Anar Salmanovu Orxan Məmmədov əvəzləyib. Çimərlik futbolu üzrə FIFA referiləri siyahısına qadın hakim əlavə edilib. Artıq Əfqan Həmzəyev və İnqilab Məmmədovla yanaşı, Sədaqət Vəliyeva da beynəlxalq oyunlar idarə edəcək. Ali futbol qurumu ötən ilə nəzərən bu dəfə Azərbaycandan daha çox qadın hakimə etimad göstərib. Yuliya Qurbanova siyahıda Fəridə Lütfəliyevanı əvəzləyib. FİFA referi köməkçilərinin siyahısına isə 2 azərbaycanlı qadın hakim əlavə olunub.
Referi: Ağayev Əliyar, Həsənov Rəhim, Məmmədov Orxan
Referi köməkçisi: Abbasov Yaşar, Zeynalov Zeynal, Hüseynov Namik, Haşimov Mübariz, Musayev Vaqif, Məmmədov Rza
Futzal üzrə FIFA referisi: Səmədli Elçin, Nurullayev Yusif, Namazov Ramil, Hüseynli Xəlil
Çimərlik futbolu üzrə FIFA referiləri: Həmzəyev Əfqan, Məmmədov İnqilab, Vəliyeva Sədaqət
Qadın FIFA referiləri: Qurbanova Səbayel, Qurbanova Yuliya
Qadın FIFA referi köməkçiləri: Güvəndiyeva Gülyana, Əzizzadə Xəyalə, Əsgərzadə Aybəniz, Sadıqova Lamiyyə