Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanlı FİFA referiləri Avropa Liqasının ilkin təsnifat mərhələsinin oyunlarına təyinat alıb. "Report"un məlumatına görə, təyinat hər üç baş hakimə verilib.
Onlardan Rəhim Həsənov I təsnifat mərhələsinin ilk oyununda 4-cü hakim, cavab görüşündə baş hakim funksiyasını yerinə yetirəcək.
30 iyun
"Slaviya" (Bolqarıstan) – "Zaqlembe" (Polşa)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov
"Domjak" (Sloveniya) – "Lusitans" (Andorra)
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübarizə Haşımov, Ömər Paşayev
5 iyul
"Birkirkara" (Malta) – "Şiroki Briyeq" (Bosniya və Herseqovina)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Rauf Cabbarov