Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanlı FIFA referiləri UEFA tərəfindən yeni təyinatlar alıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Avropa Liqasında oyun idarə etmiş referi Əliyar Ağayev bu dəfə Belçikada meydana çıxacaq.
O, UEFA Gənclər Liqasında "Anderlext"lə İspaniya "Barselona"sı arasındakı matçın baş hakimi olacaq. Martın 8-də keçiriləcək qarşılaşmada Ə.Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək.
8 mart
UEFA Gənclər Liqası
“Anderlext” (Belçika) – “Barselona” (İspaniya)
Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov
22-27 mart
U-17 qızlar, elit-raund
Şimali İrlandiya, Danimarka, İspaniya, Ukrayna
Səbayel Qurbanova, Xəyalə Əzizzadə
23-30 mart
U-19, elit-raund
Hollandiya, Polşa, Ukrayna, Şimali İrlandiya
Rəhim Həsənov, Namiq Hüseynov
24-29 mart
U-17 qızlar, elit-raund
Belçika, İngiltərə, İslandiya, Serbiya
Yuliya Larionova, Aybəniz Əsgərzadə