"Neftçi"nin matçını izləməyə gələn azərbaycanlı azarkeşlər problemlə üzləşib

"Neftçi"nin matçını izləməyə gələn azərbaycanlı azarkeşlər problemlə üzləşib "Neftçi"nin HİK-ə qarşı keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin oyunu üçün Finlandiyada olan azərbaycanlı azarkeşlər problemlə üzləşib.
Futbol
12 Avqust , 2021 19:43
Neftçinin matçını izləməyə gələn azərbaycanlı azarkeşlər problemlə üzləşib

Finlandiyada "Neftçi"nin HİK-ə qarşı keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununu izləmək üçün "Bolt Arena"ya gələn azərbaycanlı azarkeşlər problemlə üzləşib.

"Report"un Helsinkiyə ezam olunmuş əməkdaşının məlumatına görə, fanatlar stadiona daxil olarkən biletlərinə uyğun yerdə əyləşə bilməyib.

Səlahiyyətli şəxs təhlükəsizliyi səbəb gətirərək onlara mane olub. Uzun müzakirələrdən sonra azarkeşlər tribunadakı yerlərini tutublar.

Qeyd edək ki, HİK-"Neftçi" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi