Azərbaycanla oyun öncəsi İrlandiya millisinə yeni futbolçular cəlb olunub

Azərbaycanla oyun öncəsi İrlandiya millisinə yeni futbolçular cəlb olunub 2022-ci il dünya çempionatının seçmə mərhələ oyununda Azərbaycanı qəbul edəcək İrlandiya millisinə yeni futbolçular dəvət olunub.
Futbol
3 Sentyabr , 2021 14:39
Azərbaycanla oyun öncəsi İrlandiya millisinə yeni futbolçular cəlb olunub

2022-ci il dünya çempionatının seçmə mərhələ oyununda Azərbaycanı qəbul edəcək İrlandiya millisinə yeni futbolçular dəvət olunub.

"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Stiven Kenni hücumçu Kallum Robinson, yarımmüdafiəçi Alan Braun və Liam Skeylzi heyətə daxil edib.

Sözügedən oyunçular zədə səbəbindən yığmadan kənarlaşdırılan Dara O Şi və Natan Kollinzi əvəzləyiblər.

Qeyd edək ki, sentyabrın 4-də Dublindəki "Avivo" stadionunda keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi