Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
Futbol
- 08 avqust, 2025
- 09:03
Avrokuboklarda həftənin oyunlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.
"Report" xəbər verir ki, III təsnifat mərhələsinin ilk matçlarından sonra əmsalı 19.000-ə çatan Azərbaycan 28-ci yerdə qərarlaşıb.
Ukrayna (19.600) 27-ci, Rusiya (18.299) 29-cu sıradadır.
Bu həftə Azərbaycan təmsilçilərindən "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində səfərdə "Şkendiya"nı (Şimali Makedoniya) məğlub edib - 1:0. "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mçərhələsində Bolqarıstanın "Levski" klubuna 0:1 hesabı ilə uduzub. "Araz-Naxçıvan" isə Bakıda Kiprin "Omoniya" komandasına böyük hesabla yenilib - 0:4.
Qeyd edək ki, UEFA reytinqində İngiltərə (94.839) liderdir.
Son xəbərlər
12:31
Parisdə çempion olan azərbaycanlı cüdoçu: "Psixoloji və fiziki baxımdan özümü tam hazır hiss edirdim"
Fərdi12:22
Sabah Bakıda hava küləkli olacaq, dağlıq ərazilərə qar yağacaq
Ekologiya12:10
Əraqçi: İranın dinc nüvə proqramını həyata keçirmək hüququ var
Region12:03
Norveçli idmançı İtaliyadakı Qış Olimpiya Oyunlarında tarixi uğura imza atıb
Fərdi11:59
Kabildə evdə partlayış nəticəsində 8 nəfər ölüb
Digər ölkələr11:49
Video
Səbail rayonunda mağazada yanğın olub
Hadisə11:37
Video
Azərbaycan və digər ölkələr axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib
Region11:20
Azərbaycan güləşçisi reytinq turnirində bürünc medal qazanıb
Fərdi11:06