Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Futbol
614
30 İyul , 2021 06:32
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

"Report"un məlumatına görə, Azərbaycan 13,625 xalla 29-cu sıradakı mövqeyini qoruyub.

Sloveniya (14,125) 28-ci sıraya düşüb. Qazaxıstan (14,250) bir pillə irəliləyərək 27-ci olub. Polşa isə 13,500 xalla 30-cu yerdədir.

"Qarabağ"ın İsraildə"Aşdod"u 1:0 hesabı ilə yenməsi ölkənin aktivinə daha 0,250 xal qazandırıb.

Daha əvvəl Çempionlar Liqasının I təsnifat mərhələsindəki qələbələrə görə "Neftçi" 0,500 xal, Konfrans Liqasında "Çukariçki" ilə Serbiyadakı qolsuz heç-heçəyə görə isə "Sumqayıt" 0,125 xal qazanıb. Bununla da cari mövsüm Azərbaycanın qazancı 1.000-ə çatıb.

Qeyd edək ki, siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63, 473) üçüncüdür.

Son xəbərlər

Orphus sistemi