Azərbaycanın U-21 millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Azərbaycanın U-21 millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Futbol
439
2 Sentyabr , 2021 22:52
Azərbaycanın U-21 millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, Milan Obradoviçin başçılıq etdiyi kollektiv A qrupundakı ilk oyununda Xorvatiya yığmasının qonağı olub. "Velika Qoritsa" stadionunda keçirilən və ukraynalı FIFA referisi Denis Şurmanın idarə etdiyi qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xorvatiyalıların heyətində qolları 10-cu dəqiqədə Luka Suçiç, 24-cü dəqiqədə isə Roko Şimiç vurublar.

Qeyd edək ki, Azərbaycanın U-21 millisi A qrupunda ikinci görüşünü sentyabrın 7-də səfərdə Avstriyaya qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi