Azərbaycanın U-21 millisi seçmə mərhələdə ilk xalını qazanıb

Azərbaycanın U-21 millisi seçmə mərhələdə ilk xalını qazanıb 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Futbol
8 Oktyabr , 2021 22:25
Azərbaycanın U-21 millisi seçmə mərhələdə ilk xalını qazanıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupundakı 3-cü sınağında Finlandiya ilə üz-üzə gəlib.

Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşdə ilk qolu 75-ci dəqiqədə qonaqların futbolçusu Daniel Hokans vurub. 66-cı dəqiqədə finlandiyalıların heyətində Terri Ablade ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 87-ci dəqiqədə isə hesab bərabərləşib. Rauf Hüseynli tarazlığı bərpa edib.

Bu nəticədən sonra ilk xalını qazanan Azərbaycan millisi 5-ci pillədəki yerini qoruyub. Xallarını 4-ə çatdıran Finlandiya seçməsi isə 4-cü sırada qərarlaşıb.

Avropa çempionatının seçmə mərhələsi

8 oktyabr

20:30. Azərbaycan – Finlandiya - 1:1

Qollar: Rauf Hüseynli, 86 - Daniel Hokans, 75

Qırmızı vərəqə: Terri Ablade, 66 (Finlandiya)
Baş hakim: Viktor Şimusik (Belarus)
Sumqayıt. “Kapital Bank Arena”

Xal durumu: Xorvatiya - 9, Norveç - 6, Avstriya - 6, Finlandiya - 4, Azərbaycan - 1, Estoniya - 0

Qeyd edək ki, qrupun digər matçlarında Xorvatiya Norveçi 3:2, Avstriya isə Estoniyanı 4:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi