Azərbaycanın U-19 millisi bu gün seçmə mərhələdə növbəti matçına çıxacaq

Azərbaycanın U-19 millisi bu gün seçmə mərhələdə növbəti matçına çıxacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində üçüncü matçına çıxacaq.
Futbol
19 Noyabr , 2024 09:13
Azərbaycanın U-19 millisi bu gün seçmə mərhələdə növbəti matçına çıxacaq

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində üçüncü matçına çıxacaq.

"Report"un məlumatına görə, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda Moldova ilə üz-üzə gələcək.

Kişinyovdakı “Zimbru” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Meydan sahibləri 1 xalla üçüncü, əvvəlki iki görüşdə məğlub olan U-19 yığmamız sonuncu - dördüncü sıradadır. Lider İslandiyanın 6, ikinci yerdəki İrlandiyanın 4 xalı var.

Qeyd edək ki, U-19 daha əvvəl İslandiya (0:2) və İrlandiyaya (0:4) uduzub.

Son xəbərlər

Orphus sistemi