Azərbaycanın qadın futbolçulardan ibarət millisi qələbə qazanıb

Azərbaycanın qadın futbolçulardan ibarət millisi qələbə qazanıb Bakıda təlim-məşq toplanışında olan Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib
Futbol
23 Fevral , 2022 15:58
Azərbaycanın qadın futbolçulardan ibarət millisi qələbə qazanıb

Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

"Report" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda Birləşmiş Ərəb Əmirlikləri yığması ilə üz-üzə gəlib.

“Dalğa Arena”dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin qollarını Sevinc Cəfərzadə və Manə Mollayevə vurub.

Qeyd edək ki, Azərbaycan yığması fevralın 20-də eyni rəqibi 4:0 hesabı ilə üstələyib.

Son xəbərlər

Orphus sistemi