Azərbaycanın qadın futbolçulardan ibarət millisi Maltaya uduzub

Azərbaycanın qadın futbolçulardan ibarət millisi Maltaya uduzub Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Futbol
183
26 Oktyabr , 2021 19:50
Azərbaycanın qadın futbolçulardan ibarət millisi Maltaya uduzub

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda IV turda Maltanı qəbul edib.

"ASK Arena"dakı qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində qolları 57-ci dəqiqədə Dorianne Teuma və 86-cı dəqiqədə Emma Şereb vurub. Azərbaycan millisinin heyətində isə 90-cı dəqiqədə Vüsalə Seyfəddinova fərqlənib.

4 oyundan sonra xalsız olan Azərbaycan yığması sonuncu - 6-cı pillədə qərarlaşıb. Malta isə 4 xalla dördüncüdür.

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını noyabrın 25-də Bakıda Rusiya yığmasına qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi