Azərbaycanın Poltavadakı konsulu: "Qarabağı"ın sabahkı oyununa maraq yaxşı səviyyədədir"

Azərbaycanın Poltavadakı konsulu: "Qarabağı"ın sabahkı oyununa maraq yaxşı səviyyədədir" Poltava. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın Poltavadakı fəxri konsulu Elşən Vəliyev UEFA Avropa Liqasının IV turunda keçiriləcək Vorskla - Qarabağ matçından əvvəl fikirlərini bölüşüb.
Futbol
7 Noyabr , 2018 22:49
Azərbaycanın Poltavadakı konsulu: Qarabağıın sabahkı oyununa maraq yaxşı səviyyədədir
Foto: "Report"

Poltava. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın Poltavadakı fəxri konsulu Elşən Vəliyev UEFA Avropa Liqasının IV turunda keçiriləcək "Vorskla" - "Qarabağ" matçından əvvəl fikirlərini bölüşüb.

"Report" xəbər verir ki, konsul azarkeşlərin oyuna gəlməsi üçün əllərindən gələni etdiklərini qeyd edib: "Biz əlimizdən gələni edirik ki, daha çox azarkeşimiz oyuna gəlsin. Poltavada olan soydaşlarımıza xəbər vermişik ki, sabah işləri olsa belə, oyunda iştirak etsinlər və "Qarabağ"ı dəstəkləsinlər".

Konsul oyuna marağın yüksək səviyyədə oldğunu bildirib: "Oyunla maraqlananlar və müraciət edənlər çox olur. Matçın yeri və vaxtı ilı bağlı məlumat alırlar. Oyuna maraq da yaxşı səviyyədədir. Ümid edirik ki, azarkeşlər sabah komandanın yanında olacaqlar".

Son xəbərlər

Orphus sistemi