Azərbaycanın futzal millisinin təlim-məşq toplanışı başlayıb
- 10 sentyabr, 2024
- 06:30
Azərbaycanın futzal millisinin Bakıda toplanışı başlayıb.
"Report" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün ilk məşqinə çıxan komanda sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcək.
Toplanışın ikinci hissəsi isə Çexiyanın Zlin şəhərində sentyabrın 17-dən 21-dək olacaq. Bu müddət ərzində Çexiya yığması ilə iki yoldaşlıq görüşü də planlaşdırılıb.
Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 oyunçu dəvət edib. Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək.
| N | Ad, soyad | Klub |
| 1 | Emin Kürdov (q) | Araz-Naxçıvan |
| 2 | Vladislav Reznov (q) | Araz-Naxçıvan |
| 3 | Kamran Hacıyev (q) | Baku Fire |
| 4 | Emil Həsənzadə | Araz-Naxçıvan |
| 5 | Xəzər Ağalızadə | Araz-Naxçıvan |
| 6 | İlham Alıyev | Araz-Naxçıvan |
| 7 | Tofiq Mikayılov | Baku Fire |
| 8 | Nurlan Mehdizadə | Baku Fire |
| 9 | Oktay Rüstəmli | Baku Fire |
| 10 | Fərid Abbasov | Baku Fire |
| 11 | Fərid Atakişiyev | Neftçi İK |
| 12 | Ülvi Əliyev | Araz-Naxçıvan |
| 13 | Mirzə Əmirov | Neftçi İK |
| 14 | Eldar Zeynalov | Neftçi İK |
| 15 | Seymur Məmmədov | Neftçi İK |
| 16 | Murad Quluzadə | Baku Fire |
Qeyd edək ki, Çexiya - Azərbaycan oyunları sentyabrın 19-da və 20-də baş tutacaq.