Azərbaycanın futzal millisinin heyətində dəyişikliklər edilib

Azərbaycanın futzal millisinin heyətində dəyişikliklər edilib Avropa çempionatının əsas mərhələsində İsveç və Xorvatiya ilə qarşılaşacaq Azərbaycan millisinin ilkin açıqlanan heyətində 3 dəyişiklik edilib.
Futbol
7 aprel 2025 10:35
Azərbaycanın futzal millisinin heyətində dəyişikliklər edilib

Avropa çempionatının əsas mərhələsində İsveç və Xorvatiya ilə qarşılaşacaq Azərbaycanın futzal millisinin heyətində 3 dəyişiklik edilib.

"Report" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, dünən təlim-məşq toplanışına başlayan komandada Nihat İsmayılov və Kamran Hacıyev zədəli olduğuna görə heyətdən çıxarılıb.

Təcrübəli qapıçı Rövşən Hüseynli isə baş məşqçi Vitali Borisovun qərarı ilə kənarlaşdırılıb.

Əvəzində mütəxəssis “Neftçi” İK-dan qapıçı Vladislav Reznovu, “Şuşa”dan isə hücumçu Rüstəm Bağırovu düşərgəyə dəvət edib.

Qeyd edək ki, aprelin 8-dək Bakıda məşq edəcək yığma ertəsi gün İsveçə yola düşəcək. İsveçlə oyun aprelin 11-də səfərdə, Xorvatiyaya qarşı matç isə 15-də Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi