Azərbaycanın futbol üzrə milli komandasının qiyməti açıqlanıb - SİYAHI

Azərbaycanın futbol üzrə milli komandasının qiyməti açıqlanıb - SİYAHI "Sport-Ekspress" AVRO-2016-dakı yığmaları qruplara bölüb
Futbol
13 Noyabr , 2014 15:35
Azərbaycanın futbol üzrə milli komandasının qiyməti açıqlanıb - SİYAHI
Bakı. 13 noyabr. REPORT.AZ/ Rusiyanın "Sport-Ekspress" qəzeti AVRO-2016-nın seçmə mərhələsində mübarizə aparan ölkələrin yığma komandalarının qiymətlərinə əsasən reytinqlərini müəyyənləşdirib. "Report"un məlumatına görə, təşkilatçı Fransa millisinin də yer aldığı siyahıda ölkələr seçmə mərhələdə olduğu kimi 9 qrupa bölünüblər.

Azərbaycan millisi 7-ci qrupa düşüb. Futbolçularına üst-üstə 6,55 milyon avro qiymət qoyulan komanda 53 ölkə yığması arasında 45-cidir. Seçmə mərhələdəki rəqiblərdən dəyəri 330,5 milyon avro olan İtaliya 3-cü, 251,6 milyon avro ilə qiymətləndirilən Xorvatiya 4-cü qrupa düşüb. Onlar ümumi sıralamada 6-7-ci yerləri bölüşdürürlər. Norveç (42,7 milyon avro, 28) və Bolqarıstan (37,4 milyon avro, 31) 6-cı, Malta (2,4 milyon avro, 49) 7-ci qrupdadır.

Qeyd edək ki, 1-ci qrupda dəyəri yarım milyard avronu ötən İspaniya (505 milyon avro), 2-ci qrupda 416 milyon avro qiyməti olan Almaniya yer alıb. 9-cu qrupa isə Fransa daxil edilib. 386,5 milyon avro dəyərə malik təşkilatçı ölkəyə konkret yer verilməyib.

Digər qrupların tərkibi (milyon avro ilə):

3-cü qrup (300-399):

3. İngiltərə - 365

4. Belçika - 384,9

5. Portuqaliya - 338,5

6. İtaliya - 330,5

4-cü qrup (200 - 299)

7. Xorvatiya - 251,6

8. Hollandiya - 250,5

5-ci qrup (100 - 199)

9. Serbiya - 181,75

10. Türkiyə - 178,25

11. Rusiya - 160,5

12. İsveçrə - 157,25

13. Uels - 139,3

14. Bosniya və Herseqovina - 128,25

15. Polşa - 122,3

16. Ukrayna - 108,1

6-cı qrup (10 - 99)

17. İsveç - 96,6

18. Slovakiya - 84,3

19. Danimarka - 79,3

20. Sloveniya - 75,25

21. Avstriya - 69,9

22. Rumıniya - 68,9

23. Çexiya - 67,4

24. Çernoqoriya - 63,85

25. Yunanıstan - 58,7

26. Şotlandiya - 48,75

27. Ermənistan - 45,55

28. Norveç - 42,7

29. İslandiya - 39,83

30. Finlandiya - 37,43

31. Bolqarıstan - 37,4

32. Macarıstan - 33,95

33. İrlandiya - 33,3

34. İsrail - 31,4

35. Albaniya - 27,95

36. Gürcüstan - 25,28

37. Belarus - 25,05

38. Makedoniya - 18

39. Şimali İrlandiya - 17,73

40. Moldova - 11

41. Estoniya - 10,48

7-ci qrup (1 - 9,99)

42. Litva - 9,65

43. Latviya - 9,45

44. Kipr - 9,05

45. AZƏRBAYCAN - 6,55

46. Qazaxıstan - 5,9

47. Lüksemburq - 5,38

48. Lixtenşteyn - 2,93

49. Malta - 2,4

50. Farer adaları - 1,63

8-ci qrup (-1)

51. Cəbəllüttariq - 950

52. Andorra - 270

53. San-Marino - 170. 

Son xəbərlər

Orphus sistemi