Azərbaycanın futbol hakimləri Avropa Liqasının oyunlarına təyinat alıblar

Azərbaycanın futbol hakimləri Avropa Liqasının oyunlarına təyinat alıblar Ömər Paşayev Qazaxıstana, Rəhim Həsənov Latviyaya yollanacaq
Futbol
21 İyun , 2017 13:29
Azərbaycanın futbol hakimləri Avropa Liqasının oyunlarına təyinat alıblar

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimləri Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarına təyinat alıblar. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Qazaxıstanın Almatı şəhərində "Kayrat"la Litva "Atlantas"ı arasında keçiriləcək görüş Ömər Paşayevə tapşırılıb.

Rəhim Həsənov isə Latviyada "Ventspils"lə İslandiya "Valur"unun üz-üzə gələcəyi qarşılaşmada iş başında olacaq.

29 iyun

“Kayrat” (Qazaxıstan) – “Atlants” (Litva)

Baş hakim: Ömər Paşayev

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov

Dördüncü hakim: Əliyar Ağayev

“Ventspils” (Latviya) – “Valur” (İslandiya)

Baş hakim: Rəhim Həsənov

Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev

Dördüncü hakim: Rauf Cabarov

Qeyd edək ki, "Kayrat"ın baş məşqçisi əvvəllər Bakının "Standard" və "İnter" komandalarında çalışmış Kaxaber Tsxadadzedir. 

Son xəbərlər

Orphus sistemi