Azərbaycanın futbol çempionatında daha bir yeni klub mübarizə aparacaq

Azərbaycanın futbol çempionatında daha bir yeni klub mübarizə aparacaq Həmin komandanın adı "Göyçay"dir
Futbol
13 İyul , 2017 23:19
Azərbaycanın futbol çempionatında daha bir yeni klub mübarizə aparacaq

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan I Divizionunda çıxış etmək üçün daha bir komanda müraciət edib.

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib. Onun sözlərinə görə, həmin komandanın adı "Göyçə"dir.

Daha öncə "Binə"nin də eyni istəklə PFL-ə baş vurduğunu xatırladan R.Musayev artıq I Divizionda iştirakçı sayının 12-yə yüksəldiyini bildirib. O, qarşıdakı mövsümdə aşağı liqanın daha maraqlı keçəcəyini əlavə edib.

Premyer Liqanın püşkatma mərasimi isə avqustun 1-2-də olacaq. R.Musayev tədbirin gecikməsini hazırda 4 klubun avrokuboklarda mübarizəni davam etdirməsi ilə əlaqələndirib. 

Son xəbərlər

Orphus sistemi