Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununa təyinat alıb FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Futbol
19 Oktyabr , 2021 11:01
Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununa təyinat alıb

FİFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasına təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, oktyabrın 21-də Çexiyada “Yablonets” və Danimarka “Randers”i arasında qrup mərhələsinin III tur oyununu idarə edəcək.

34 yaşlı baş hakimə Zeynal Zeynalov və Akif Əmirəli laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Son xəbərlər

Orphus sistemi