Azərbaycanın futbol hakimi Avropa çempionatının seçmə oyununa təyinat alıb

Azərbaycanın futbol hakimi Avropa çempionatının seçmə oyununa təyinat alıb FIFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb
Futbol
27 Sentyabr , 2021 13:07
Azərbaycanın futbol hakimi Avropa çempionatının seçmə oyununa təyinat alıb
Elçin Məsiyev

FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

"Report"un məlumatına görə, o, Finlandiya və İsveçrənin 17 yaşadək futbolçulardan ibarət yığmaları arasında 2022-ci il Avropa çempionatının seçmə mərhələ matçının baş hakimi olacaq.

Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və avstriyalı Markus Rayxxolf kömək edəcək. Dördüncü hakim funksiyasını isə digər avstriyalı Sebastyan Gisxamer yerinə yetirəcək.

Qeyd edək ki, Finlandiya və İsveçrə seçmələri VII qrupda yer alıblar. Bu qrupda Bosniya və Herseqovina ilə Cəbəllütariq yığmaları da mübarizə aparacaqlar. VII qrupun matçları Finaldniyada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi