Azərbaycanın FIFA referilərinin siyahısında dəyişiklik edildi

Azərbaycanın FIFA referilərinin siyahısında dəyişiklik edildi Bu gün Hakimlər Komitəsinin iclasında 2021-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FİFA referilərinin siyahısında bəzi dəyişikliklərin edilməsi barədə qərar qəbul edilib.
Futbol
7 oktyabr 2020 11:53
Azərbaycanın FIFA referilərinin siyahısında dəyişiklik edildi

2021-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısında bəzi dəyişikliklər edilib.

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu barədə qərar Hakimlər Komitəsinin iclasında qəbul edilib.

2013-cü ildən FIFA referisi olan Rəhim Həsənovu Elçin Məsiyev əvəzləyib. 2010-cu ildən FIFA referisi olan və zədə səbəbindən karyerasını başa vuran Mübariz Həşimovun əvəzinə isə Cavanşir Yusifovun adı siyahıya əlavə edilib. Fiziki testdən və ingilis dili bacarığından uğurla keçən 2 yeni futzal hakimi - Əli Cəbrayılov və Knyaz Əmiraslanovun adları hazırkı siyahıya əlavə olaraq FIFA-ya göndəriləcək.

FIFA fitnes testlərinin nəticəsindən asılı olaraq, qadın hakimlər və köməkçi hakimlərin siyahısında hər hansı dəyişiklik olacağı təqdirdə, əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi