Azərbaycanda oynamış sabiq futbolçu 49 yaşında vəfat etdi

Azərbaycanda oynamış sabiq futbolçu 49 yaşında vəfat etdi Keçmiş yarımmüdafiəçi 49 yaşında dünyasını dəyişib
Futbol
156
6 Mart , 2021 11:41
Azərbaycanda oynamış sabiq futbolçu 49 yaşında vəfat etdi

Tovuzun "Turan" və İmişlinin "MKT Araz" komandasının gürcüstanlı sabiq futbolçusu Tengiz Siçinava vəfat edib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi 49 yaşında dünyasını dəyişib.

Gürcüstan millisinin də formasını geyinmiş Siçinavanın ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Tengiz Siçinava 2005-ci ildə "Turan"da, 2006-cı ildə isə "MKT-Araz"da çıxış edib. O, 1999 - 2000-ci illərdə 10 dəfə Gürcüstan yığmasının heyətində meydana çıxıb.

Son xəbərlər

Orphus sistemi