Azərbaycanda oynamış futbolçular Belarus tarixinin rəmzi komandasına düşüb

Azərbaycanda oynamış futbolçular Belarus tarixinin rəmzi komandasına düşüb Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Belarus futbol tarixinin rəmzi komandasını açıqlayıb.
Futbol
432
17 Avqust , 2021 12:42
Azərbaycanda oynamış futbolçular Belarus tarixinin rəmzi komandasına düşüb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Belarus futbol tarixinin rəmzi komandasını açıqlayıb.

"Report"un məlumatına görə, ən yaxşı "11-lik"də Azərbaycanda oynamış iki futbolçu da yer alıb.

Bunlar "Neftçi"in sabiq yarımmüdafiəçisi Aleksandr Prokopenko və "İnter"in (hazırkı "Keşlə) formasını geyinmiş Valentin Belkeviçdir.

Qeyd edək ki, Prokopenko 1987-ci ildə "Neftçi"nin şərəfini qoruyub. Belkeviç isə 2008 - 2009-cu ildə "İnter"də çıxış edib.

Son xəbərlər

Orphus sistemi