Ötən mövsümün sonunda "Səbail"dən ayrılan fransalı futbolçu Nikolas Rayselin yeni klubu bəlli olub.
"Report" xəbər verir ki, 29 yaşlı hücumameylli yarımmüdafiəçi Belçikanın "Dunder" komandasına keçib. Təcrübəli forvard 2018/2019 mövsümündə də III liqa təmsilçisinin formasını geyinib.
Qeyd edək ki, Nikolas Raysel Azərbaycanda "Səbail"lə yanaşı, "Qəbələ"də də çıxış edib.