Azərbaycanda klublar su simicliyinə görə cəzalandı

Azərbaycanda klublar su simicliyinə görə cəzalandı AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "Qaradağ Lökbatan" klubunu cəzalandırıb
Futbol
16 Fevral , 2021 14:36
Azərbaycanda klublar su simicliyinə görə cəzalandı

AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "Qaradağ Lökbatan" klubunu cəzalandırıb.

"Report"un məlumatına görə, səbəb komandanın XII turda "Sumqayıt-2" ilə matçda hakimləri isti su ilə təmin etməməsidir.

Kluba 80 manat cərimə kəsilib. Lökbatan təmsilçisi AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (nəzarət buraxılışa diqqət etmək) yerinə yetirmədiyi üçün də 80 manat ödəməli olacaq. Klub xərəkdaşıyan şəxslərin say limiti və topdaşıyanların yaş həddi pozulduğu üçün də eyni məbləğdə ziyana düşüb.

"Zaqatala" isə XII turda "Kepəz"lə dueldə meydanı vaxtında sulamadığı üçün 80 manat cərimələnib.

Son xəbərlər

Orphus sistemi