Azərbaycanda işləmiş baş məşqçi reanimasiyaya yerləşdirilib

Azərbaycanda işləmiş baş məşqçi reanimasiyaya yerləşdirilib "Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Con Toşak reanimasiyaya yerləşdirilib.
Futbol
27 Fevral , 2022 15:21
Azərbaycanda işləmiş baş məşqçi reanimasiyaya yerləşdirilib

"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Con Toşak reanimasiyaya yerləşdirilib.

"Report" "El Diario Vasco" nəşrinə istinadən xəbər verir ki, buna 73 yaşlı mütəxəssisin koronavirusa yoluxması səbəb olub.

Toşakın səhhəti son bir neçə saat ərzində pisləşib. Həkimlər onda ağır pnevmoniya olduğunu təsdiqləyiblər. Uelsdən olan baş məşqçi hazırda həyat yoldaşı ilə birlikdə İspaniyanın Barselona şəhərindəki xəstəxanadadır.

Qeyd edək ki, Con Toşak 2013-cü ildə "Xəzər Lənkəran"da işləyib. Təcrübəli mütəxəssis İspaniyanın "Real Madrid" klubuna və Uels yığmasına da rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi