Azərbaycanda futzal liqaları dayandırıldı - RƏSMİ

Azərbaycanda futzal liqaları dayandırıldı - RƏSMİ Futzal üzrə Azərbaycan çempionatlarında oyunlar təxirə salınıb.
Futbol
13 Mart , 2020 19:51
Azərbaycanda futzal liqaları dayandırıldı - RƏSMİ

Futzal üzrə Azərbaycan çempionatlarında oyunlar təxirə salınıb.

Bu barədə "Report"a federasiyanın Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, koronavirus pandemiyasının dünyada geniş yayılmasını, ölkəmizdə virusa qarşı aparılan mübarizəni, həmçinin idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını nəzərə alan Azərbaycan Futzal Federasiyasının rəhbərliyi martın 14-dən ayın sonuna qədər futzal liqalarında, eləcə də ölkə kubokunun 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilməsi nəzərdə tutulan bütün matçlar dayandırılıb.

Qeyd edək ki, bu gün Azərbaycan Premyer Liqası və I Divizionun oyunları da eyni səbəbdən təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi