​Azərbaycanda baş məşqçi 1 il müddətinə futboldan kənarlaşdırılıb

​Azərbaycanda baş məşqçi 1 il müddətinə futboldan kənarlaşdırılıb "Şəmkir" və "Şahdağ" klubları cəzalanıb
Futbol
10 May , 2016 11:50
​Azərbaycanda baş məşqçi 1 il müddətinə futboldan kənarlaşdırılıb

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan I Divizionunda çıxış edən "Şəmkir" klubunun baş məşqçisi Kamran Əlibabayev AFFA İntizam Komitəsinin qərarına əsasən 12 ay müddətinə futboldan uzaqlaşdırılıb. "Report"un məlumatına görə, buna səbəb baş məşqçinin XXV turun MOİK-lə matçının 18-ci dəqiqəsində cəzalı olduğu halda tribunadan meydana daxil olaraq komandasına oyunu davam etdirməmək göstərişi verməsidir.

Üstəlik, K.Əlibabayev hakimlər briqadasını təhqir edərək onlara hədə-qorxu gəlib. Nəticədə oyunda 10 dəqiqəlik məcburi fasilə yaranıb. Bu halı nəzərə alan İntizam Komitəsi klubu 1500 manat cərimələyib. Üstəlik, komandanın sonradan meydana qayıtmasına və oyuna davam etməsinə baxmayaraq, özbaşına meydançanı tərk etməsi "Şəmkir"ə daha 1000 manat cərimə bahasına başa gəlib.

Bundan başqa, "Şahdağ" - "Şərurspor" matçında meydan sahibləri iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib və 500 manat cərimə kəsilib.

Son xəbərlər

Orphus sistemi