Azərbaycan yığmasının Şimali İrlandiya ilə oyun üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının Şimali İrlandiya ilə oyun üçün heyəti açıqlanıb Robert Prosineçki 25 futbolçuya dəvət göndərib
Futbol
4521
4 Noyabr , 2016 16:06
Azərbaycan yığmasının Şimali İrlandiya ilə oyun üçün heyəti açıqlanıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Rusiyada 2018-ci ildə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Belfast şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. 

"Report"un məlumatına görə, baş məşqçi Robert Prosineçki 25 futbolçuya dəvət göndərib. Onlardan 7-si əcnəbi klublarda çıxış edib. Türkiyənin "Bursaspor" klubunda çıxış edən və seçmə tsikl öncəsi milliləşdirilən Deniz Yılmaz ilk dəfə milliyə dəvət alıb. 

Qalan 18 oyunçudan 8-i "Qarabağ"dan, 4-ü "İnter"dən, hərəyə 2-si isə "Qəbələ", "Zirə" və "Neftçi"dən çağırılıb.  

AD, SOYAD KLUB
Kamran Ağayev Boavişta (Portuqaliya)
Səlahət Ağayev İnter
Anar Nəzirov Zirə
Rəşad Sadıqov Qarabağ
Bədavi Hüseynov Qarabağ
Maksim Medvedev Qarabağ
Qara Qarayev Qarabağ
Rahid Əmirquliyev Qarabağ
Arif Daşdəmirov Qarabağ
Əfran İsmayılov Qarabağ
Namiq Ələsgərov Qarabağ
Ruslan Abışov İnter
Ağabala Ramazanov İnter
Tərlan Quliyev İnter
Araz Abdullayev Neftçi
Rəhman Hacıyev Neftçi
Məhəmməd Mirzəbəyov Qəbələ
Ruslan Qurbanov Qəbələ
Elvin Məmmədov Zirə
Dmitri Nazarov Ertsgebirge Aue (Almaniya)
Eddi İsrafilov Kadis (İspaniya)
Pavlo Paşayev Stal Kamenskoe (Ukrayna)
Emin Mahmudov Boavişta (Portuqaliya)
Ramil Şeydayev Trabzonspor (Türkiyə)
Deniz Yilmaz Bursaspor (Türkiyə)

Son xəbərlər

Orphus sistemi