Azərbaycan yığmasının rəqibləri müəyyənləşdi

Azərbaycan yığmasının rəqibləri müəyyənləşdi Futzal üzrə Azərbaycan millisinin 2022-ci ildə keçiriləcəkAvropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.
Futbol
762
2 Sentyabr , 2020 15:45
Azərbaycan yığmasının rəqibləri müəyyənləşdi

Futzal üzrə Azərbaycan millisinin 2022-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub. 

"Report" xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda III qrupda mübarizə aparacaq. Yığma Slovakiya, Moldova və Türkiyə/Yunanıstan cütünün qalibi ilə üz-üzə gələcək. 

1-ci qrup

San Marino/Danimarka, Xorvatiya, Albaniya, Ukrayna

2-ci qrup

Bolqarıstan/Ermənistan, Fransa, Gürcüstan, Rusiya

3-cü qrup

Türkiyə/Yunanıstan, Azərbaycan, Slovakiya, Moldova

4-cü qrup

İngiltərə/Şimali Makedoniya, Rumıniya, Serbiya, Bosniya və Herseqovina

5-ci qrup

İsrail/Kipr, Qazaxıstan, Macarıstan, Belarus

6-cı qrup

İsveçrə/Almaniya, İspaniya, Latviya, Sloveniya

7-ci qrup

Monteneqro/Litva, İtaliya, Belçika, Finlandiya

8-ci qrup

Polşa, Portuqaliya, Norveç, Çexiya

Oyun günləri

2 - 11 noyabr 2020 (ilkin mərhələnin pley-off oyunları)

6 - 9 dekabr 2020

25 yanvar - 3 fevral 2021

1 - 10 mart 2021

5 - 14 aprel 2021.

Qeyd edək ki, AVRO-2022-nin final mərhələsi yanvarın 9-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq.

Orphus sistemi