Yanvarın 16-da Belçikada COVİD-19-la bağlı test verən və nəticəsi şübhəli hesab edilən Azərbaycan millisinin futzalçısı Rafael Vilela artıq sağalıb.
Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Braziliya əsilli legioner ötən gün yenidən test verib və nəticə neqativ çıxıb.
Hazırda Belçikada olan futzalçı tezliklə komandaya qoşulacaq.
Koronavirus testinin nəticəsi pozitiv çıxan Eduardo Borges isə bu gün təkrar yoxlanışdan keçəcək.