Azərbaycan yığmasının futbolçusu məhsuldar ötürmə müəllifi olub - FOTO-VİDEO

Azərbaycan yığmasının futbolçusu məhsuldar ötürmə müəllifi olub - FOTO-VİDEO "Bursaspor" II Liqa komandasını yenə bilməyib
Futbol
29 Dekabr , 2016 22:39
Azərbaycan yığmasının futbolçusu məhsuldar ötürmə müəllifi olub - FOTO-VİDEO

Bakı. 29 dekabr. REPORT.AZ/ "Bursaspor" klubu Türkiyə Kubokunda qrup mərhələsinin IV turunda II Liqada mübarizə aparan "Aydınspor 1923"ü qəbul edib.

"Report"un məlumatına görə, görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Meydan sahiblərinin heyətində Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz 90 dəqiqə çıxış edib. 42-ci dəqiqədə məhz onun ötürməsindən sonra komanda yoldaşı Sercan Yıldırım hesabı açıb. 

Həmin vaxt qonaqlar 36-cı dəqiqədə Ömer Karancının qırmızı vərəqə alması səbəbindən azlıqda olub. Lakin Sercan Denizin oyun ərzində daha 3 ötürməsini qola çevirə bilməyib. Üstəlik, 52-ci dəqiqədə Berat Ali "Aydınspor 1923"ün bərabərlik qolunu vurub. Oyundan sonra bursalı azarkeşlər sevimli komandalarına uzun müddət etiraz ediblər.

Bu nəticədən sonra "Busaspor" G qrupunda 5 xalla "Akhisar" və "Aydınspor 1923" komandaları ilə birgə 2 - 4-cü yerləri bölüşür. Qrupa isə 6 xalla "Umraniyespor" başçılıq edir.

Son xəbərlər

Orphus sistemi