Bakı. 26 yanvar. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ildə İtaliyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsi üçün Azərbaycan yığmasının oyunlarının təqvimi müəyyənləşib.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda mübarizəyə bu il avqustun 31-də başlayacaq. Həmin gün rəqib İsrail olacaq.
Son oyun da səfərdə Norveçə qarşı keçiriləcək. Qarşılaşma gələn il 16 oktyabra təyin edilib.
2017-ci il
31 avqust
İsrail – Azərbaycan
5 sentyabr
Azərbaycan – İrlandiya
6 oktyabr
Almaniya – Azərbaycan
9 noyabr
Azərbaycan – Almaniya
14 noyabr
Azərbaycan – Kosovo
2018-ci il
22 mart
Kosovo – Azərbaycan
27 mart
İrlandiya – Azərbaycan
6 sentyabr
Azərbaycan – İsrail
11 sentyabr
Azərbaycan – Norveç
16 oktyabr
Norveç – Azərbaycan