Azərbaycan yığması Valentin Qranatkin turnirində növbəti oyununa çıxır

Azərbaycan yığması Valentin Qranatkin turnirində növbəti oyununa çıxır Rəqib Estoniya yığması olacaq
Futbol
17 Yanvar , 2017 10:53
Azərbaycan yığması Valentin Qranatkin turnirində növbəti oyununa çıxır

Bakı. 17 yanvar. REPORT.AZ/ FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək. "Report"un məlumatına görə, Təbriz Həsənovun rəhbərlik etdiyi komanda 9 - 12-ci yerlər uğrunda ilk görüşdə Estoniya yığması ilə qarşılaşacaq.

Qalib komanda 9-cu yer üçün Belarus - Moldova matçının ən güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə 11-ci yer uğrunda mübarizə aparacaq. 

Növbəti mərhələnin oyunları yanvarın 20-də olacaq. Turnirə isə bundan bir gün sonra yekun vurulacaq.

Valentin Qranatkin turniri, 9 - 12-ci yerlər uğrunda görüş

20:00. Estoniya - Azərbaycan

Sankt-Peterburq. Peterburski İdman-Konsert Kompleksi

Qeyd edək ki, Azərbaycan yığması çıxış etdiyi C qrupunun sonuncusu olub. Litvaya 1:2, Slovakiyaya isə 0:1 hesabı ilə məğlub olan komanda Qazaxıstanla sülh bağlayıb - 2:2. 9 - 16-cı yerlər uğrunda mübarizədə isə yığma İrana 1:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi