Azərbaycan yığması UEFA İnkişaf Turnirində Sloveniya millisinə qalib gəlib

Azərbaycan yığması UEFA İnkişaf Turnirində Sloveniya millisinə qalib gəlib Görüşün əvvəlində yığmamız hesabda geridə olsa da, sonda təşəbbüsü ələ alıb
Futbol
11 İyun , 2016 04:00
Azərbaycan yığması UEFA İnkişaf Turnirində Sloveniya millisinə qalib gəlib

Buxarest. 11 iyun. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarest şəhərində 19 yaşadək qızlar arasında keçirilən futbol üzrə UEFA İnkişaf Turniri davam edir.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, 2-ci turda futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Sloveniya millisilə qarşılaşıb. Görüşün əvvəlində yığmamız hesabda geridə olsa da, sonda komandamız təşəbbüsü ələ alıb və oyun millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda isə ev sahibi Rumıniya Türkiyə millisini sınağa çəkib. Məhsuldar keçən oyun 8:1 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatıb.

Qeyd edək ki, iyunun 12-də baş tutacaq son turda Azərbaycan millisi Türkiyə, ev sahibi Rumıniya isə Sloveniya ilə qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi