Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığması “Kuban baharı” turnirində iştirak edəcək.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 17-dən 27-dək keçiriləcək yarış Rusiyanın Soçi şəhərində təşkil olunacaq.
Qrupların tərkibi, yığmamızın oyunlarının təqvimi və heyəti belədir:
A qrupu: İran, Krasnodar, Qazaxıstan, Sloveniya
B qrupu: Azərbaycan, Rumıniya, Rusiya, Belarus
18.03.2017. Saat 15:00. Azərbaycan – Ruminiya
20.03.2017. Saat 17:00. Rusiya – Azərbaycan
22.03.2017. Saat 15:00. Azərbaycan – Belarus