Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
"Report" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Dalğa Arena"da Norveçi qəbul edəcək.
Azərbaycan millisi qrupda keçirdiyi 8 oyunda yalnız 2 xal qazanıb. Komanda bu nəticə ilə sonuncu - altıncı pillədə qərarlaşıb və növbəti mərhələyə yüksəlmək şansını itirib. Norveç yığması isə 7 oyundan sonra 11 xal toplayıb və 4-cü pillədə yer alır.
Azərbaycan yığması sonuncu - onuncu görüşünü də oktyabrın 10-da səfərdə Norveç millisinə qarşı keçirəcək.
11 sentyabr
Avropa çempionatı, seçmə mərhələ
20:00. Azərbaycan - Norveç
Hakimlər: Barbeno Luka, Françesko Lunardon, Salvatore Tuttifrutti, Mişel Skarpino (hamısı San Marino)
"Dalğa Arena"