Azərbaycan yığma komandalarının Avropa çempionatındakı rəqibləri müəyyənləşib

Azərbaycan yığma komandalarının Avropa çempionatındakı rəqibləri müəyyənləşib Hər iki yığma İspaniya ilə qarşılaşacaq
Futbol
105
11 Noyabr , 2016 13:50
Azərbaycan yığma komandalarının Avropa çempionatındakı rəqibləri müəyyənləşib

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu gün 17 və 19 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2017/18 mövsümünün püşkü atılıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın U-17 yığması 3-cü qrupda çıxış edəcək.

Qızlardan ibarət yığma İspaniya, İslandiya və Monteneqro yığmaları ilə mübarizə aparacaq. U-19 isə 4-cü qrupda İspaniya, Ukrayna və Albaniyaya rəqib olub.

Son xəbərlər

Orphus sistemi