Azərbaycan - Xorvatiya: Hakimlər açıqlanıb

Azərbaycan - Xorvatiya: Hakimlər açıqlanıb 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də, saat 20:30-da, Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək Azərbaycan - Xorvatiya oyununun hakimləri açıqlanıb:
Futbol
9 Oktyabr , 2021 12:23
Azərbaycan - Xorvatiya: Hakimlər açıqlanıb

Azərbaycan və Xorvatiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandaları arasında Avropa çempionatının seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşmanı Çexiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün referisi Andrey Berkaya laysmanlar İvo Nadvornik və Matey Vltsek köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Pavel Orel yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 12-də Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılacaq Azərbaycan - Xorvatiya matçı saat 20:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi