Azərbaycan və Fransa yığmaları arasında oyunların tarixləri bəlli olub

Azərbaycan və Fransa yığmaları arasında oyunların tarixləri bəlli olub Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının AVRO-2021-in seçmə mərhələsində keçirəcəyi oyunların vaxtları açıqlanıb.
Futbol
11 Dekabr , 2018 16:23
Azərbaycan və Fransa yığmaları arasında oyunların tarixləri bəlli olub

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının AVRO-2021-in seçmə mərhələsində keçirəcəyi oyunların vaxtları açıqlanıb.

“Report” xəbər verir ki, yığmanın ilk matçı 2019-cu il iyunun 6-da səfərdə Lixtenşteyn kollektivinə olacaq. Milli yer aldığı 2-ci qrupun favoriti sayılan Fransa komandası ilə 2019-cu il oktyabrın 10-da rəqib meydanında, 2020-ci il sentyabrın 7-də isə Bakıda qarşılaşacaq.

2019-cu il

6 iyun

Lixtenşteyn – Azərbaycan

6 sentyabr

Azərbaycan - Slovakiya

10 sentyabr

Azərbaycan - Gürcüstan

10 oktyabr

Fransa - Azərbaycan

15 oktyabr

Azərbaycan – İsveçrə

14 noyabr

Azərbaycan – Lixtenşteyn

2020-ci il

26 mart

İsveçrə - Azərbaycan

7 sentyabr

Azərbaycan - Fransa

8 oktyabr

Slovakiya - Azərbaycan

13 oktyabr

Gürcüstan - Azərbaycan

Qeyd edək ki, Azərbaycan millisi Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn yığmaları ilə birgə 2-ci qrupda yer alıb. 53 komandanın paylaşıldığı 9 qrupun qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan ən yaxşı göstəriciyə malik 8 komanda öz aralarında sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək. AVRO-2021-in meydan sahibləri Macarıstan və Sloveniya final mərhələsinə birbaşa qatılacaqlar.

Son xəbərlər

Orphus sistemi