Azərbaycan - Şimali İrlandiya oyunundan əvvəl mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb

Azərbaycan - Şimali İrlandiya oyunundan əvvəl mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb Robert Prosineçki Maykl O`Nildən sonra media nümayəndələrinin suallarını cavablandıracaq
Futbol
8 İyun , 2017 11:47
Azərbaycan - Şimali İrlandiya oyunundan əvvəl mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb

Bakı. 8 iyun. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

“Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil iyunun 9-da saat 18:15-də jurnalistlər önünə çıxacaq. Rəqibin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə 19:00-da başlayacaq.

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki saat 19:45-dən etibarən media nümayəndələrinin suallarını cavablandıracaq. Yığmanın açıq məşqi isə 20:15-də start götürəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi