Lixtenşteynin baş məşqçisi: "Azərbaycan qol buraxmamaq üçün daha ehtiyatlı oynadı"

Lixtenşteynin baş məşqçisi: "Azərbaycan qol buraxmamaq üçün daha ehtiyatlı oynadı" Rəqibin də, bizim də şanslarımız oldu. Hesab heç-heçə də ola bilərdi.
Futbol
14 Noyabr , 2019 20:17
Lixtenşteynin baş məşqçisi: Azərbaycan qol buraxmamaq üçün daha ehtiyatlı oynadı

"Rəqibin də, bizim də şanslarımız oldu. Hesab heç-heçə də ola bilərdi". 

“Report”un məlumatına görə, bu fikirləri Lixtenşteynin 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Martin Ştoklaza Sumqayıtda Azərbaycan yığmasına 0:1 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə matçından sonra mətbuat konfransında deyib. 

40 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan qol buraxmamaq üçün daha ehtiyatlı oynayıb. Ştoklaza 23 il əvvəl İsveçrə yığmasının heyətində futbolçu kimi Azərbaycana səfərini xatırladıb: "Həmin vaxt da 0:1 hesabı ilə uduzmuşduq. İndi isə Lixtenşteynin baş məşqçisiyəm. Hər iki komanda irəli gedir. Azərbaycan futbolunda yüksək potensiallı oyunçular var və bundan yaxşı nəticələr göstərəcəyinizə inanıram. Lixtenşteyndə isə futbola xobbi kimi baxılır. Daha çox təhsil və incəsənətə üstünlük verilir. Böyük hesabla da uduzsaydıq, vəziyyəti anlayışla qarşılayacaqdıq".

Son xəbərlər

Orphus sistemi