Azərbaycan Qərb Regional Futbol Federasiyasının prezidenti: Cəza tək Merihə deyil, bütün türklərə verilib

Azərbaycan Qərb Regional Futbol Federasiyasının prezidenti: Cəza tək Merihə deyil, bütün türklərə verilib Təkcə Merihə deyil, bütün türklərə, məqsədli şəkildə verilən cəzadır.
Futbol
6 İyul , 2024 16:22
Azərbaycan Qərb Regional Futbol Federasiyasının prezidenti: Cəza tək Merihə deyil, bütün türklərə verilib

Cəza təkcə Merihə deyil, bütün türklərə, məqsədli şəkildə verilib.

Bunu “Report”a açıqlamasında Azərbaycan Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında bu gün keçiriləcək oyunlarda şansları dəyərləndirərkən deyib.

O, Avstriyaya vurduğu qoldan sonra göstərdiyi “bozqurd” işarəsinə görə Türkiyə yığmasının futbolçusu M.Dəmirala verilən cəzanı qəbulolunmaz hesab edib:

“Digər ölkələrin simvolları necə qəbul olunursa, Türkiyədə də bu belədir. O simvol türkçülüyü bildirir. Haqsız, ədalətsiz qərardır. Cud Bellinqem Slovakiya ilə oyunun 90+5-ci dəqiqəsində vurduğu qoldan sonra ədəbsiz jest etmişdi. Digər futbolçulara ədəbsiz davranışlarına görə daha az cəza verirlər. Ona görə də M.Dəmirala göstərdiyi işarəyə görə verilən cəza ədalətsizdir. Mətbuatdan izləyirəm, ciddi etirazlar var. Bu, futbolçularda qıcıq yarada bilər. Ümid edirəm ki, qıcıq yaxşı mənada effekt verəcək. Bəzən görürsən ki, çox istəmək heç də bəzi komandalarda effektli olmur. Səbirli olmaqla istənilən nəticəni qazana bilərsən”.

Azərbaycan millisinin sabiq hücumçu Türkiyə yığmasının müdafiəsindəki problemləri qabardıb:

“Açığı, Türkiyə ilə Niderlandın matçını səbirsizliklə gözləyirəm. Çətin olacaq, hazırda Niderland yaxşı formadadır. Türkiyə yığmasının müdafiəsində isə ciddi problemlər var. Üstəlik, Merih Dəmiralın oynamaması böyük itki olacaq. Türkiyə əzmkar oyununu göstərə bilsə, inanıram ki, yaxşı nəticə qazanacaq. Niderlandın hücumları daha effektlidir. Yaxşı hücumçuları var. Türkiyə isə boşluq verir. Bu hər oyunda belədir. Ümid edirəm ki, daha az səhvə yol verərlər”.

N.Nəbiyev İsveçrə ilə oyunda İngiltərəyə daha çox şans tanıyıb: “Son oyunlarda, xüsusən də Slovakiya ilə matçda İngiltərə yığmasında əzmkarlıq gördüm. İngiltərə komandasına daha çox şans verirəm”.

Qeyd edək ki, İngiltərə - İsveçrə qarşılşaması Bakı vaxtı ilə saat 20:00-da, Niderland - Türkiyə görüşü isə 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi