Azərbaycan Premyer Liqasının XIV turunda iki oyunun keçirilmə vaxtı dəyişdirilib

Azərbaycan Premyer Liqasının XIV turunda iki oyunun keçirilmə vaxtı dəyişdirilib Turun bütün görüşləri eyni gündə keçiriləcək
Futbol
12 dekabr 2016 10:46
Azərbaycan Premyer Liqasının XIV turunda iki oyunun keçirilmə vaxtı dəyişdirilib

Bakı. 12 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunun iki oyununun keçirilmə vaxtı dəyişdirilib.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, "Sumqayıt" - "Zirə" və "Neftçi" - AZAL görüşü nəzərdə tutulduğundan bir gün sonraya - dekabrın 17-nə keçirilib.

Dəyişiklik "Sumqayıt", "Zirə", "Neftçi" və AZAL klublarının PFL-ə müraciətindən sonra qeydə alınıb. Adları qeyd olunan klublar Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə Premyer Liqanın XIV turunun görüşləri arasında vaxtın az olduğunu əsas gətirib.

Nəticədə XIV turun bütün görüşləri eyni gündə - dekabrın 17-də reallaşacaq.

Son xəbərlər

Orphus sistemi