​Azərbaycan Premyer Liqasının V turuna hakim təyinatları açıqlanıb

​Azərbaycan Premyer Liqasının V turuna hakim təyinatları açıqlanıb "Neftçi" - "Xəzər Lənkəran" oyunu Rəhim Həsənova tapşırılıb
Futbol
2514
16 Sentyabr , 2015 11:56
​Azərbaycan Premyer Liqasının V turuna hakim təyinatları açıqlanıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunun oyunlarına hakim təyinatları açıqlanıb. "Report"un məlumatına görə, "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasında keçiriləcək turun mərkəzi görüşü FİFA referisi Rəhim Həsənova həvalə olunub.

O, həm də AZAL - "İnter" matçında əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək. Bu görüşün baş hakimi, digər FİFA referisi Əliyar Ağayev isə Həsənovun baş hakim olduğu qarşılaşmada əlavə köməkçi hakim kimi çalışacaq. Ümumilikdə, turun 5 oyunundan 3-də 6 hakimin xidmətindən istifadə olunacaq. Yalnız "Qəbələ" və "Qarabağ"ın oyunlarına 4 hakim təyinat alıb. 

19 sentyabr (şənbə)

21:00. AZAL – "İnter"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov

"Dalğa Arena"

21:00. "Zirə" – "Rəvan"

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Nahid Əliyev, İsgəndər Əliyev

Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Ömər Paşayev

Zirə İdman Kompleksinin stadionu

20 sentyabr (bazar)

16:30. "Kəpəz" – "Qarabağ"

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev

Gəncə şəhər stadionu

21:00. "Neftçi" – "Xəzər Lənkəran"

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov

"Bakcell Arena"

21 sentyabr (bazar ertəsi)

21:00. "Qəbələ" – "Sumqayıt"

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev

Qəbələ şəhər stadionu

Qeyd edək ki, növbəti turun oyunları 25, 26 və 27 sentyabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi