Azərbaycan Premyer Liqasının oyunu koronavirusa görə təxirə salındı

Azərbaycan Premyer Liqasının oyunu koronavirusa görə təxirə salındı Azərbaycan Premyer Liqasının X turunun “Sabah” – “Səbail” oyunu bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçün 21.11.2020 tarixdə baş tutmayacaq. Oyunun tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.
Futbol
20 Noyabr , 2020 23:57
Azərbaycan Premyer Liqasının oyunu koronavirusa görə təxirə salındı

Azərbaycan Premyer Liqasında X turunun “Sabah” – “Səbail” oyunu bu gün baş tutmayacaq.

"Report"un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumatına görə, səbəb kimi bəzi futbolçuların yenidən COVID-19 testindən keçəcəyi göstərilib.

Oyunun yeni tarixi ilə bağlı əlavə məlumat PFL-in rəsmi saytında yerləşdiriləcək.

Qeyd edək ki, ötən tur "Sabah" - "Zirə" (0:1) oyunu da eyni səbəbdən vaxtında gerçəkləşməyib.

Son xəbərlər

Orphus sistemi